Ermənistanda parlamentin hökumətdən xəbəri yoxdur| Azərbaycana cavab göndərilib?

2023/04/15513-1681293267.jpg
Oxunub: 7219     16:17     12 Aprel 2023    
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan parlamentdə jurnalistlərlə görüşündə bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə bir neçə düzəliş olub, Ermənistan sonuncunu Azərbaycana göndərib və cavab gözləyir.

Bu saziş layihəsinin Ermənistandan Azərbaycana və ya Azərbaycandan Ermənistana ötürülməsi ilə bağlı sonuncu açıqlama, 2023-cü il martın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən verilib. O, hökumətin iclasında bildirib ki, İrəvan Bakıdan yeni təkliflər alıb və faktiki olaraq müqavilə layihəsi üzərində dolayı işlərin 4-cü mərhələsi başlayır, Ermənistan Bakının təkliflərinə baxacaq və onlara cavab verəcək. Daha sonra isə Ermənistanın müzakirə etdikdən sonra cavab verib-verməməsi barədə heç bir açıqlama olmayıb.

Buradan belə çıxır ki, ya Xandanyanın vəziyyətdən xəbəri yoxdur, ya da Paşinyanın martın 16-da verdiyi bəyanata əsasən nələrin əldə olunduğu hələ də müzakirə mərhələsindədir, Ermənistan tərəfi hələ də həmin razılaşmaya cavab verməyib. Bu, proses Emənistan tərəfinin reaksiya verib-verməməsindən asılı olmayaraq vacibdir. Müvafiq olaraq, Ermənistan parlamentinin xarici işlər komitəsinin sədrinin bəyanatına əsasən, Paşinyanın martın 16-da elan etdiyi Bakıdan gələn təkliflərə Ermənistanın nə vaxt cavab verməsi sual doğurur. İndi “top” Bakının, yoxsa hələ də İrəvanın meydançasındadır?

Məsələ burasındadır ki, martın 16-dan sonra həqiqətən də mühüm xarici siyasi proseslər baş verib və baş verməkdə davam edir, eyni zamanda Ermənistan-Azərbaycan sahəsində martın 30-dan başlayaraq, aprelin 9-dək sərhədlərin yenidən qurulmasından tutmuş yeni daxili reallıqlar formalaşıb. Ermənistanın isə vəziyyəti gərginləşdirməklə həll prosesini gecikdirəcəyi şübhəsizdir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament   Hökumət  


Bizi "telegram"da izləyin